“AZƏRBAYCANIN OLMADIĞI YERDƏ BİZ VARIQ”

0

“Hər kəs bilsin ki, Azərbaycanın olmadığı yerdə Türkiyə var”.

Bunu Türkiyə Ağırlıqqaldırma Federasiyasının prezidenti Talat Ünlü Bakıya səfərləri zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Federasiya rəhbəri Ermənistanın paytaxtı İrəvandakı keçirilən Avropa çempionatında Azərbaycana qarşı törədilən təxribatın onları məyus etdiyini bildirib: “Öz baş nazirlərinin də iştirak etdiyi açılış mərasimində aralarından çıxan bir nəfərin Azərbaycan bayrağına qarşı etdiyi hərəkət hamımızı məyus etdi. Orada yaşadığımız üzücü olaydan sonra idmançılarımızla bir yumruq kimi birləşdik. Azərbaycanlı qardaşlarımızı yola salanda çox məyus idik. Uşaqlar dedilər ki, onlar yoxdurlarsa, biz varıq, əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

Talat Ünlü əlavə edib ki, komandası qitə birinciliyində iki dövlət, bir millət inancı ilə mübarizə aparıb: “Cansu Bektaşın qazanılan qızıl medalları azərbaycanlı qardaşlarımıza həsr etməsi çox anlamlı oldu. İndi burada olmağımızın səbəbi də budur. Hörmətli Prezident İlham Əliyevin dəvəti əsasında Bakıya gəlmişik”.

Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvandakı ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl medal qazanan türkiyəli atletlər Nuray Güngör, Cansu Bektaş, Yusuf Fehmi Genc, gümüş mükafatçı Qamze Altun və federasiya nümayəndələri Prezident İlham Əliyevin dəvəti ilə Bakıya gəliblər.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Anadolu Qartalı – 2023” beynəlxalq təliminin açılış mərasimi keçirilib – VİDEO

Aprelin 27-də Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbi qulluqçularının iştirakı ilə keçirilən “Anadolu Qartalı - 2023" beynəlxalq...

Bağla