“Dost və qardaş ölkələr olan Pakistanla Azərbaycanın münasibətləri strateji müttəfiqlik səviyyəsindədir. Pakistan Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti yürütməsinə görə bu ölkəni indiyədək tanımayıb”.
“Report”un xəbərinə görə, bunu Pakistan Prezidenti Arif Alvi Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.
Pakistan Prezidenti bildirib ki, qardaş ölkənin öz ərazi bütövlüyünü bərpa etməsi Pakistanda böyük sevinc hissi ilə qarşılanıb:
“Pakistan həmişə Azərbaycanın haqq işində onun yanında olub və bundan sonra da belə olacaq”.