“Türkiyə azərbaycanlı qardaşlarımızın Qarabağda mübarizəsinə dəstək verərkən CHP-dən biri çıxıb “Türkiyə Qarabağa cihadçı göndərir”, – dedi. Azərbaycanın yox, Ermənistanın yanında dayananlar imperialistlərin alətidir”.
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik deyib.
“Bu, siyasi partiyanın sədrinə yaraşmır. Cümhuriyyət Xalq Partiyasına səs verən vətəndaşlarımızın milli mövqeyinə uyğun gəlmir”, – Ömer Çelik əlavə edib.
Report