“Azərbaycanın zəlzələ və meşə yanğınlarındakı dəstəyi birliyimizin nümunəsidir”

0

Azərbaycan Prezidentinin “Bizim ailəmiz Türk dünyasıdır” ifadəsi böyük əhəmiyyət kəsb edir.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Zəfər bayramı münasibətilə keçirilən tədbirdə çıxış edərkən deyib.

O qeyd edib ki, bu gün Türkiyənin Azərbaycanla münasibəti daha da dərinləşib:

“Azərbaycanın iki il əvvəlki zəlzələdə və eləcə də meşə yanğınlarında göstərdiyi dəstək bizim birliyimizin, dayanışmamızın nümunəsidir. Buna görə minnətdarlığımızı bildiririk”.

Səfir Türkiyə Silahlı Qüvvələrinin gücündən də söz açıb:

“Müdafiə sənayesi layihəmiz 1000-i, şirkətlərimizin sayı isə 2500-ü keçib. Bu gün Türkiyə güclü ordusu ilə dosta güvən, düşmənə qorxu hissi yaşadır. Layihələrin ümumi olaraq 96 milyard dolları keçməsi müdafiə sənayesinin böyüklüyünü göstərir. Bu gün Türkiyə özünün hərbi təyyarəsini, helikopterini, hərbi gəmisini, sualtı qayığını, tankını, topunu, pilotsuz uçuş aparatlarını istehsal edən müdafiə sistemi yaratmış bir ölkədir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Azərbaycanla olduğu kimi, türk dövlətlərindəki bütün qardaşlarımızla ürəyimiz eyni döyünür”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla, eləcə də türk dövlətləri ilə münasibətlərdən danışıb. "Report" Haberglobal-a istinadən xəbər verir ki, Türkiyə...

Bağla