“AZƏRBAYCANLA ƏLAQƏLƏRİMİZİN İNKİŞAFI HƏYATİ ƏHƏMİYYƏT KƏSB EDİR”

0

“Qardaş ölkələrlə, xüsusən də Azərbaycanla əlaqələrimizin inkişafı həyati əhəmiyyət kəsb edir”.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Türk” kanalına müsahibəsində bildirib.

Çavuşoğlu, bununla yanaşı bildirib ki, Azərbaycan “İslam Səkkizliy”inə (D8) üzv olmaq üçün müraciət edib.

“Türk Dövlətləri Təşkilatını qlobal aktora çevirməliyik. Bizə D-8-i D-20 etmək lazımdır. İndi Azərbaycan da müraciət edib. Təsisçisi və mühüm aktorları olduğumuz bütün regional təşkilatları qlobal aktora çevirəcəyik”, – Türkiyəli nazir vurğulayıb.

Qeyd edək ki, “D-8” formatına Türkiyə İran, Pakistan, Bangladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir. Təşkilatın üzvlərindən ikisi Türkiyə və İndoneziya “Böyük İyirmiliy”in (G-20) üzvüdür. Türkiyənin sədrliyi dövründə Azərbaycan “Böyük iyirmilər”in toplantılarında xüsusi statuslu qonaq kimi iştirak edib.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ermənilər itkin düşən azərbaycanlı əsgərə işgəncə verib, fotosunu yayıblar

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən azərbaycanlı əsgəri...

Bağla