“Azərbaycanla birlikdə mədəniyyət sahəsində yeni layihələr həyata keçirməyi planlaşdırırıq”
Bunu Türkiyənin mədəniyyət naziri Mehmet Nuri Ersoy “X”də yazıb.
O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında imzalanan mədəniyyət haqqında əməkdaşlıq müqaviləsi sadəcə mədəni mirasların qorunmasını nəzərdə tutmur: “Beləliklə, biz konsertlər, sərgilər, teatrlar kimi müxtəlif tədbirlərlə əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik. Şanlı tarixi olan Türk dünyasının mədəni mirasına sahib çıxıb, hər platformada bu mirası tanıtmaq üçün bütün imkanımızla çalışırıq”.
Nazir, həmçinin “Əziz şəhər Şuşa” kitabını hədiyyə etdiyinə görə Azərbaycan Prezidentinin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimova təşəkkür edib.
Qeyd edək ki, M.N.Ersoyla Azərbaycanın mədəniyyət naziri Adil Kərimli arasında mədəniyyət sahəsində əməkdaşlığa dair sənəd imzalanıb.