“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəyirik”

0

“Biz Cənubi Qafqazdakı durumu da müzakirə etdik”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 7-də Ankarada rusiyalı həmkarı Sergey Lavrovla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyənin arzusu Azərbaycanla Ermənistan arasında ən qısa müddətdə sülh müqaviləsinin imzalanmasıdır: “Biz istəyirik ki, regionda sülh olsun. Mən həmkarımla Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasındakı münasibətlər barədə də danışdım”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğanın hakimiyyəti illərində Türkiyədə həyata keçirilən böyük layihələrin siyahısı açıqlanıb

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın (AK Parti) iqtidarda olduğu illərdə ölkədə həyata...

Bağla