“Azərbaycanla Ermənistan arasında sülhü mümkün qədər tez görmək istəyirik”

0

“Arzu edirik ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və barış hökm sürsün”.

Bu sözləri NATO sammiti çərçivəsində Vaşinqtonda mətbuat konfransı keçirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycanla Ermənistan arasında sülh sazişi bu ilin sonuna qədər imzalana bilərmi?” sualına cavabında bildirib.

“Biz bu sülhü mümkün qədər tez görmək istəyirik”, – Türkiyə lideri söyləyib.

Onun sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistan hakimiyyəti bu istiqamətdə müsbət addımların atılmasının tərəfdarıdır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Azərbaycanın Qələbəsi ədalətin hərtərəfli təntənəsinin nümunəsidir”

Pakistan həmişə Azərbaycanın Qarabağla bağlı mövqeyini dəstəkləyib və sizin Qələbəniz ədalətin hərtərəfli təntənəsinin nümunəsidir. Pakistan bu onilliklər ərzində həmişə sizin...

Bağla