“Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması üçün əlimizdən gələni etməyə hazırıq”

0

Türkiyə Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması üçün əlindən gələni etməyə hazırdır.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Azərbaycanla Ermənistan arasındakı sülhün bərqərar olması üçün əlimizdən gələni etməyə hazırıq. Sülh danışıqlarının hansı mərhələdə olduğunu Prezident İlham Əliyev və nazir Ceyhun Bayramovla danışmışıq. Hesab edirik ki, sülhün bərqərar olması üçün kiçik texniki detalları çıxmaq şərti ilə heç bir problem yoxdur”, – o qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bakıda Ceyhun Bayramovla Hakan Fidan arasında geniştərkibli görüş keçirilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında geniş tərkibdə görüş keçirilib. Bu barədə Azərbaycan...

Bağla