AZƏRBAYCANLA ERMƏNİSTAN HƏRBİ ƏSİRLƏRİ DƏYİŞDİRİB

0

Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutub.

Bu barədə Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov bildirib.

O, qeyd edib ki, Bakıya bir, Yerevana isə beş əsir çatdırılıb.

“Bu gün əsirlərin növbəti mübadiləsi həyata keçirilib. Mənim şəxsi nəzarətim altında sülhməramlılar tərəfindən aparılan iş nəticəsində Rusiyanın Kosmik Hava Qüvvələrinin təyyarəsi ilə Bakıya bir əsir çatdırılıb və beş əsir Yerevana qaytarılıb”, – Muradov jurnalistlərə deyib.

O, Rusiya sülhməramlılarının Qarabağ üzrə üçtərəfli razılaşmanın həyata keçirilməsinə töhfə verməyə davam edəcəklərini əlavə edib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ 2023-CÜ İLDƏ AYA KOSMİK RAKET GÖNDƏRƏCƏK

Türkiyə 2023-cü ilin sonunda kosmosa raket buraxmağı planlaşdırır. Bu barədə Milli kosmik proqramın nümayiş olunması mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan...

Bağla