AZƏRBAYCANLA MÜDAFİƏ SƏNAYESİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA DAİR SAZİŞ TƏSDİQLƏNİB

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiqləyib.

Dövlət başçısı bununla bağlı müvafiq qanunu imzalayıb. Qanun imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, saziş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2017-ci ilin oktyabrın 31-də Azərbaycana səfəri zamanı imzalanıb. Səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib. Toplantıdan sonra sənədlər imzalanıb. Sənədi Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyənin o zamankı milli müdafiə naziri Nurettin Canikli imzalayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“ERMƏNİ VANDALİZMİNƏ MƏRUZ QALMIŞ DİNİ ABİDƏLƏRİN BƏRPASINA BAŞLANILIB”

Fevralın 18-də BMT-nin mənzil qərargahında qurumun İqtisadi və Sosial Şurasının (ECOSOC) “Bərabərliyə yeni baxış: Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyət onilliyi...

Bağla