Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türkiyəyə səfəri çərçivəsində bu ölkənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı ilə görüşüb.
Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “X”dəki hesabında yazıb.
Görüş zamanı meşəçilik, su və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.