AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA DAHA BİR MEMORANDOM İMZALANIB

0

Azərbaycanla Türkiyə arasında daha bir anlaşma memorandomu imzalanıb. İmzalama mərasimi Azərbaycanın Baş Prokurorluğunda keçirilib.

Memorandomu Azərbaycan tərəfdən Baş prokuror Kamran Əliyev və Türkiyə tərəfdən isə qardaş ölkənin Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin imzalayıb.

Qeyd olunub ki, Baş prokurorların imzaladığı sənəd Türkiyə və Azərbaycan arasında beynəlxalq hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədini daşıyır.

Mərasim zamanı ölkələr arasında beynəlxalq hüquqi əməkdaşlıq, ekstradisiya, prokurorların təlimi və digər əhəmiyyətli sahələrdə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ZAKİR HƏSƏNOV DÜŞMƏN TƏXRİBATLARININ YARATDIĞI VƏZİYYƏT BARƏDƏ TAPŞIRIQ VERİB

Mayın 31-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, müşavirəyə nazir müavinləri,...

Bağla