Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

0

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş” təsdiq edilib.

Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞAMİL AYRIM: İSTANBULDA RƏSMİ QAYDADA AZƏRBAYCAN MƏKTƏBİ AÇILACAQ

İstanbulda rəsmi qaydada bir və ya iki Azərbaycan məktəbinin açılması nəzərdə tutulub. Bunu "Report"un Ankara bürosuna Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun...

Bağla