Azərbaycanla Türkiyə arasında müdafiə və sərhəd təhlükəsizliyi müzakirə edilib

0

Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu Azərbaycana səfəri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev ilə görüşüb, iki ölkə arasında müdafiə və sərhəd təhlükəsizliyi istiqamətində əlaqələr müzakirə edilib.

Bu barədə DSX-nin Mətbuat xidmətindən məlumat verilib.

Müzakirələr zamanı iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrdə olduğu kimi, müdafiə və sərhəd təhlükəsizliyi istiqamətində də əlaqələrin ən yüksək səviyyədə inkişafına zəmin yaratması vurğulanmış, qarşılıqlı əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə edilib.

Görüşdə Dövlət Sərhəd Xidməti və Türkiyənin Quru Qoşunları Komandanlığı arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilmiş, birgə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HƏZRƏT HÜSEYN (R.A.)

Həzrət Hüseyn (r.a.), İslam peyğəmbəri Həzrət Muhəmmədin (s.ə.v.) sevimli nəvəsi və Həzrət Əlinin (r.a.) ikinci oğludur. O, 626-cı ildə (hicri...

Bağla