“Azərbaycanla Türkiyə beynəlxalq platformalar çərçivəsində əməkdaşlığı genişləndirməyə davam edəcək”

0

“Azərbaycanla Türkiyə beynəlxalq platformalar çərçivəsində əməkdaşlığı genişləndirməyə davam edəcək”.

Bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “İş dünyasının görüşü” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında bütün istiqamətlərdə əməkdaşlıq davam edəcək.

C.Yılmaz qeyd edib ki, Türk Dövlətləri Təşkilatları çərçivəsində yaradılmış Türk İnvestisiya Fondu çox vacib bir istiqamətdir: “Bu fürsətləri iş dünyasının daha yaxşı dəyərləndirəcyinə inanıram. Yaradılan fond bölgə üçün ticarət həcmini artırmağı və iqtisadi fəaliyyətləri dəstəkləyərək türk dövlətlərinin iqtisadiyyatlarına töhfə verəcək”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük xidməti yaradılacaq

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük xəttinin yaradılması üçün lazımi işlərin tamamlanması ilə biz sadələşdirilmiş gömrük xidmətinə keçəcəyik. Bunu Türkiyənin vitse-prezidenti...

Bağla