AZƏRBAYCANLI MÜƏLLİMİN ÖZBƏKİSTANDA BÖYÜK UĞURU – FOTO

0

Özbəkistanda AMEA M.Füzuli adına Əlyazmalar İnstitutun elmi işçisi Zaur Orucov və tələbələrinin əsərlərindən ibarət sərgi keçirilib.

“Kəmaləddin Behzad” adına Şərq miniatur muzeyində baş tutmuş sərgidə müəllim və tələbələrin hazırladığı müxtəlif ebru (su üstündə rəsm) əsərləri nümayiş edilib. Sərgidə Türkiyənin bu ölkədəki səfiri, səfirliyin elm və mədəniyyət müşaviri, hərbi atteşesi və bir sıra rəsmi şəxslər iştirak edib. Sərginin açılışına həmçinin Zaur Orucovun müəllimi, ebru sənətinin dünyada şedevri hesab edilən professor Hikmət Barutçugil də təşrif edib.   

Qeyd edək ki, Zaur Orucov TİKA-nın (Türkiyə Əməkdaşlıq və Kordinasiya Şurası) layihəsi çərçivəsində Öbəkistan Dövlət Mədəniyyət Universitetinin müəllim və tələbə qurupuna bir aylıq ebru dərsləri keçib. Z. Orucov həmçinin “Əl Biruni” adına Şərqşünaslıq İnstitutunda qədim əlyazma kitabların bərpa metodları adı altında ustad dərsləri keçib, bu istiqamətdə tələbələrinə keçi dərisinin incəldilməsi, ebru kağızının hazırlanması və qələm qablarının qədim üsulda hazırlanmasını təlim edib.  

Xəbər: Şirəli MƏMMƏDOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FAYDASIZ ƏMƏL NECƏ QURTULAQ?

Həzrət Peyğəmbərimiz (s.ə.s) buyurur: “Möminin ömrü uzanarsa, xeyri artar”. (Əhməd bin Hənbəl, Müsnəd, III, 27)

Bağla