“Azərbaycanlılar istəyir ki, bu seçkilərin qalibi Ərdoğan olsun”

0

“Hər bir azərbaycanlı istəyir ki, bu seçkilərin qalibi hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan olsun”.

“Report”un İzmirə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu fikirləri Türkiyədə səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov İzmir valiliyini ziyarət edən zaman səsləndirib.

Belə ki, İzmir valisi Yavuz Səlim Köşger Azərbaycan nümayəndə heyətini qəbul edib.

Görüşdə Əhliman Əmiraslanovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində olan Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvləri, deputatlar Anar İsgəndərov, Azər Badamov, YAP Təftiş komissiyasının üzvü, deputat Məlahət İbrahimqızı, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, habelə Türkiyənin millət vəkilləri iştirak ediblər.

Görüşdə çıxış edən Əhliman Əmiraslanov vurğulayıb ki, Türkiyə 44 günlük Vətən müharibəsi başlayan ilk gündən etibarən Azərbaycanın yanında olub:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəqiqələrdən etibarən bizə öz dəstəyini ifadə etdi. Buna görə bir daha qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına təşəkkür edirəm”.

Qarşıdan gələn seçkilərin qardaş ölkənin gələcəyi üçün uğurlu olmasını arzu edən Əhliman Əmiraslanov deyib ki, Türkiyə xalqı müdrikdir:

“İnanıram ki, Türkiyə xalqı düzgün seçim edərək son illərdə qazanılan möhtəşəm uğurların davamına səs verəcək. Hər bir azərbaycanlı istəyir ki, bu seçkilərin qalibi hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan olsun. Çünki onun rəhbərli altında Türkiyə inkişaf edib, güclü və qüdrəti dövlətə çevrilib. Əminəm ki, qardaş ölkənin xalqı seçkilərdə Türkiyəni güclü edən və uğurlu gələcəyə aparan lider Rəcəb Tayyib Ərdoğana öz dəstəyini ifadə edəcəklər”.

Daha sonra çıxış edən İzmir valisi Yavuz Səlim Köşger bildirib ki, Türkiyə və Azərbaycan qardaş ölkələrdir:

“Türkiyə və Azərbaycan tarix boyu çətin və xoş günlərdə bir-birilərinin yanında olub. Əminəm ki, bu birlik gələcəkdə də davam edəcək. Bu seçkilərin nəticələrinin Türkiyə xalqı üçün uğurlu olacağına ümid edirəm”.

Anar İsgəndərov isə deyib ki, Türkiyə və Azərbaycan qardaş ölkələr, xalqlardır:

“44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycanın yanında oldu. Hər bir azərbaycanlı mayın 14-də keçiriləcək seçkiləri səbirsizliklə gözləyir. Əminəm ki, seçkilərin qalibi cənab Rəcəb Tayyib Ərdoğan olacaq”.

Görüşdə çıxış edən Azər Badamov qeyd edib ki, bu gün Türkiyə dünyada güclü ölkədir:

“Bu gün Türkiyə dünyada böyük nüfuz və söz sahibidir. Ümid edirik ki, qardaş ölkənin xalqı seçimlərdə düzgün seçim edərək Türkiyənin gələcəyinə və inkişafına dəstək verəcək”.

Daha sonra qarşılıqlı olaraq hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PSG-NİN BAŞ MƏŞQÇİSİ MÜSƏLMAN FUTBOLÇULARI TƏHQİR EDİB

PSG futbol komandadsının baş məşqçisi Kristofe Qaltyenin “Nice”də işlədiyi vaxt müsəlman futbolçular barədə yazdığı təhqiramiz email ifşa olunub. “Nice”nin sabiq...

Bağla