Azad edilmiş ərazilərdəki tarixi-dini abidələr turizm məqsədilə də istifadə ediləcək

0

Azad edilmiş ərazilərdəki tarixi-dini abidələr turizm məqsədilə də istifadə ediləcək.

Bunu “Report”a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, Dini Komitə bu istiqamətdə Dövlət Turizm Agentliyi ilə birgə çalışır:

“Azad olunmuş ərazilərdə xeyli sayda tarixi-dini abidələr var. Onlardan bir qismi alban məbədləri, bir qismi İslam abidələri, bir qismi isə ziyarətgahlardır. Təəssüf ki, işğal dövründə alban məbədlərinin böyük bir hissəsi məqsədyönlü fəaliyyət nəticəsində qriqoryanlaşdırılıb. İslam abidələrinin, demək olar ki, hamısı dağıdılıb. 67 məsciddən yalnız ikisi qismən salamat qalıb. Amma bu məscidlər də ermənilər tərəfindən işğal dövründə məkrli şəkildə fars-İran məscidləri kimi təqdim olunurdu”.

Sədr müavini ziyarətgahların da tamamilə dağıdıldığını xatırladaraq bildirib ki, hazırda bu abidələr Prezident İlham Əliyevin nəzarəti altında, onun diqqət və qayğısı ilə bərpa olunur:

“Bu işlər Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə həyata keçirilir. Təbii ki, bu abidələrimiz turizm baxımından da böyük potensiala malikdir. Çünki onların zəngin tarixi var. İstər alban, istər İslam abidələri zəngin mədəniyyətimizin inciləridir. Biz onları bərpa edərək qorumaqla yanaşı, həm də onlara turizm baxımından yanaşırıq. Bu istiqamətdə Dövlət Turizm Agentliyi ilə birgə apardığımız məqsədyönlü və ardıcıl işin nəticələrini yaxın müddətdə görəcəyik”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçirilir

Sentyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Şuşada...

Bağla