“Azad olunmuş torpaqlardakı yeni məscidlərdə din xadimlərinin sayı artır”

0

Azad olunmuş torpaqlardakı yeni məscidlərdə fəaliyyətə başlayan din xadimlərinin sayı artır.

“Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dini maarifləndirmə işində Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti təqdirəlayiqdir.

A.Paşazadə bildirib ki, dövlət əhəmiyyətli bayramlar və günlər məscidlərdə moizələrdə yüksək səviyyədə təşviq olunur:

“Aşura mərasimlərində təşkil etdiyimiz qanvermə aksiyaları ictimaiyyət tərəfindən yüksək təqdir olunur. Məhərrəmlik tədbirlərində və Ramazan dönəmində məzhəbindən asılı olmayaraq vəhdət halında iştirakımız milli-mənəvi vəhdətimizin təzahürü olub, milli dövlətçiliyimizə xidmət edən mühüm amildir. Təsadüfi deyil ki, ölkəmiz dünyada dinlərarası və məzhəblərarası anlaşmanın nadir nümunəsinə malik dövlət kimi tanınır və təqdir edilir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Dünyada müşahidə olunan mürəkkəb proseslər sayıqlıq tələb edir”

Dünyada və aid olduğumuz coğrafiyada müşahidə olunan mürəkkəb proseslər daha sayıq və həssas olmağımızı tələb edir. "Report" xəbər verir ki,...

Bağla