Azana hörmət etməyənlər, bayrağa da hörmət etməz.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mersin mitinqində çıxışı zamanı deyib.
“Azana sahib çıxmayanlar düşmən qapıya gələrkən 15 iyuldakı kimi onları alqışlar. Bunlar heç İstiqlal marşımızı da oxumayıblar. Bunların tək dərdi azan və bayraq düşmənçiliyidir”, – deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, dünən Taksim meydanında nümayiş keçirən feminist qruplar azan oxunduğu zaman kütləvi şəkildə fit çalmağa başlayıblar.