AZARAQ ERMƏNİSTANA KEÇƏN AZƏRBAYCAN ƏSGƏRİ VƏTƏNƏ QAYTARILIB

0

Bu il fevralın 28-də azaraq Ermənistana keçən Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov Vətənə qaytarılıb.

“Report” xəbər verir ki, onu gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib.

Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Daha Sonra Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin bir neçə maddəsi “sərhədi qanunsuz keçmək”, “silah gəzdirmək” və s. ilə ittiham olunduğunu bildirib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin martın 4-də yaydığı məlumatda onun Azərbaycana təhvil verilməsi ilə bağlı qərar qəbul olunduğu bildirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÜST QƏZZADA ƏRZAQLA BAĞLI VƏZİYYƏTİ KRİTİK ADLANDIRIB

Qəzza zolağındakı ərzaqla bağlı vəziyyət kritikdir. “Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu ÜST-ün nümayəndəsi Riçard Peperkorn Cenevrədə keçirilən...

Bağla