Səudiyyə Ərəbistanı krallığı azyaşlı uşaqların ümrə ziyarətinə gətirilməsini qadağan edib. Bu barədə açıqlama yayan krallığın Həcc və Ümrə Nazirliyi, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində bu addımın atıldığını qeyd edib. Nazirlik bu qadağanın ramazan ayının sonuna qədər davam edəcəyini bildirib.
Bu yasaq sadəcə ümrə zəvvarlarına yox, namaz qılmaq üçün Məscidi-Harama gedən möminlərə də şamil edilir. Bildirilib ki, sadəcə mobil tətbiqlə xüsusi buraxılış vərəqi olanlar ümrə və namaz üçün Məscidi-Harama daxil ola bilərlər.