BƏZİ BÖLGƏLƏRƏ QAR YAĞIB

0

Fevralın 17-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Qrızda 10 sm, Qusarda 2 sm, Qubada 1 sm olub.

Düşən yağıntının miqdarı Oğuzda 13 mm, Göygöldə 10 mm, Şəkidə 8 mm, Göyçay, Şabran, Şahdağ, Qəbələ, Mingəçevir, Xaltan, İsmayıllı, Lənkəran, Daşkəsən, Şamaxı, Astara, Yardımlı, Altıağac, Gədəbəy, Şahbuz, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Balakən, Zaqatala, Qax, Qobustan, Tərtər, Bərdə, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Göytəpədə 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 11 mm-dək olub.

Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Şəkmir, Tovuz, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Quba, Qrız, Şahdağ, Yevlax, Göyçay, Lerik, Bakıda və Abşeron yarımadasında duman müşahidə olunub. Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Naxçıvan MR-da 5, Aran rayonlarında 4, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 11 dərəcəyədək şaxta olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QARADAĞLI FACİƏSİNDƏN 32 İL ÖTÜR

Bu gün Qaradağlı faciəsinin ildönümüdür. Faciədən 32 il ötür. Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə...

Bağla