BƏZİ ÇAYLARDAN SEL KEÇİR

0

Ölkənin əksər bölgələrinə yağan intensiv yağıntılarla əlaqədar hazırda bir neçə çaydan sel keçir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda Samux rayon ərazisindən axan Qabırrıçaydan, Göygöl və Samux rayon ərazilərindən axan Qoşqarçaydan, Daşkəsən, Göygöl rayonları və Gəncə şəhəri ərazisindən axan Gəncəçaydan, Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan, Tovuz rayon ərazisindən axan Zəyəmçaydan, Göygöl rayon ərazisindən axan Kürəkçaydan, Balakən rayonu ərazisindən axan Balakənçaydan sel keçir.

Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev isə bildirib ki, ötən gün ərzində yağan leysan xarakterli yağıntılar nəticəsində gecə saatlarında Tovuz rayonu ərazisindən axan Axıncaçayda da suyun səviyyəsi artaraq selin baş verməsinə səbəb olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
STARMER: QƏZZADA ATƏŞKƏS ÜÇÜN TƏCİLİ ADDIMLAR ATILMALIDIR

Böyük Britaniyanın yeni hökumət başçısı Kir Starmer İsrail Prezidenti İsxak Hersoqa Qəzza sektorunda atəşkəsə nail olmaq üçün dərhal addımlar atılmasının...

Bağla