“Bəzi səfirlərin Şuşada olmaması Azərbaycanın suverenliyinə hörmətsizlik kimi qiymətləndirilə bilər”

0

“Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə verilməsi bir qədər gec oldu, çünki üçtərəfli bəyanata əsasən, bu, daha əvvəl baş verməli idi. Bu ərazilərin qaytarılması Azərbaycanın ərazi bütövlüyünün və bir zamanlar işğal altında olan bütün ərazilər üzərində suverenliyinin bərpası baxımından çox mühüm hadisədir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Şuşada keçirilən beynəlxalq konfransda jurnalistlərə açıqlamasında bildirib.

“Üçtərəfli bəyanata əsasən, bu, (Laçın şəhərinin, Zabux və Sus kəndlərinin qaytarılması – red.) daha əvvəl baş verməli idi. Buna baxmayaraq, Azərbaycanın iradəsi və əzmkarlığı sayəsində bu ərazilərin ölkənin nəzarəti altına qayıdıb”, – səfir bildirib.

Onun sözlərinə görə, beynəlxalq tədbirin əhəmiyyətini nəzərə alaraq, bəzi səfirlərin Şuşada olmamasını Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirilə bilər:

“Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev də qeyd edib”.

C.Bağçı vurğulayıb ki, avqustun 26-da Ankaradan Füzuli Beynəlxalq Hava limanına ilk birbaşa kommersiya reysinin həyata keçirilməsi çox həyəcanlı hadisə olub:

“Əlbəttə, ilk belə uçuşu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan etmişdi. Amma bu, ilk kommersiya uçuşu idi. Bu, çox həyəcanlı və sevindirici hadisədir”.

Səfir bildirib ki, Füzuliyə səfər edən və Şuşada keçirilən konfransda iştirak edən şəxslər Azərbaycanın uzunmüddətli işğal nəticəsində dağıdılmış ərazilərini sürətlə bərpa etdiyini və infrastruktur qurduğunu görüblər:

“Bu da keçmiş məcburi köçkünlərin yaxın gələcəkdə buraya qayıtmasına imkan verəcək”.

“Azərbaycan ərazilərin tezliklə bərpası ilə bağlı bütün vədlərini yerinə yetirir”, – türkiyəli diplomat vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANIN MÜDAFİƏ NAZİRİ TÜRKİYƏYƏ SƏFƏR EDƏCƏK

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyəyə səfər edəcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Prezidenti, Silahlı...

Bağla