BAĞIŞLANMAQ ÜÇÜN TƏLƏSİN!

0

Uca Allah bəzi gün və ayları digər vaxtlara nəzərən daha dəyərli və fəzilətli qılmışdır.

 Bu aylardan biri də İslam ədəbiyyatında “on bir ayın sultanı” olaraq qəbul edilən Ramazan ayıdır.

Ramzan ayı günahlardan qurtulma və bağışlanma ayıdır. Bu ay müsəlmanların baharıdır. Necə ki, bahar fəslində bütün təbiət yenidən canlanır, eyni şəkildə müsəlmanlar da Ramazan ayında etdikləri ibadət, verdikləri sədəqələrlə canlılıq qazanırlar. Həmçinin müsəlmanlar bu ayda günahlardan təmizlənərək yenidən doğulmuş kimi günahsız olma fürsəti əldə edirlər. Allah Rəsulu (s.ə.s) belə demişdir:

 Ramazan ayında daha çox savaba nail olmaq üçün şeytanlar zəncirə vurulur. Yəni müsəlman oruc ibadəti başda olmaqla, digər ibadətlərlə də öz həyatını əhatələndirdiyinə görə şeytan ona müdaxilə edə bilmir. Əlbəttə ki, söhbət sözün əsl mənasında tutulan orucdan gedir. Pəhriz niyyəti ilə və yaxud adət gərəyi tutulan oruc ac qalmaqdan başqa bir şey ifadə etmir.

Ramazan ayı Allahın mərhəmətinin daha da genişləndiyi, bağışlanma qapılarının sonuna qədər açıldığı, cəhənnəm atəşindən qurtulmaq üçün fürsətlərin təqdim edildiyi mübarək aydır. Bu gözəl muştuluğu Hz. Peyğəmbərimiz (s.ə.s) necə də gözəl ifadə edib. Salman əl-Farisi belə rəvayət edir:

 Rəsuli-Əkrəm (s.ə.s) Şaban ayının son günündə bizə oxuduğu bir xütbədə belə buyurdu:

 “Ey insanlar, böyük və mübarək bir ay yaxınlaşdı, kölgəsi başınıza gəldi.

Bu elə bir aydır ki, içində min aydan daha xeyirli olan Qədr gecəsi vardır. Allah o mübarək ayın gündüzlərində orucu fərz, gecərində nafilə namazları qılmağı da tövsiyə etmişdir.

Bu ayda kiçik-böyük bir xeyir edən insan başqa aylarda bir fərz ibadəti yerinə yetirmiş kimi savab qazanar.

 Bu ayda bir fərzi yerinə yetirmək, başqa aylarda yerinə yetirilən yetmişrz yerinə keçər.

Bu ay Allah üçün aclıq və susuzluğun, itaət və ibadətin məşəqqətlərinəbir və dözümlülük göstərmə ayıdır. Səbrin qarşılığı da Cənnətdir.

Bu ay yardımlaşma ayıdır, bu ay möminlərin ruzisini artıracaq aydır.

 Bu ayda hər kim oruclu bir möminə iftar edək bir şey versə, etdiyi bu iş günahlarının bağışlanmasına vənnəmdən azad olmasına səb olar. Oruclunun savabından da heç bir şey azalmadan onun qər savaba qovuşar.

Əshabi-kiramdan bəziləri: “Ya Rəsulallah, hamımız orucluya iftar edək bir şey tapıb verək vəziyyətdə deyilik”, – dedilər. Bunun müqabilində Rəsuli-əkrəm (s.ə.s): “Allah bu savabı bir tək xurma ilə, bir udum su ilə, bir qurtum süd ilə oruclu möminə iftar etdirə verər”, – buyurdu. Sonra nitqinə belə davam etdi:

“Bu ayın başı rəhmət, ortası bağışlama, sonu da Cənnəmdən qurtuluşdur.

Bu ayda hər kim kösinin (işçi və ya xidmətçisinin) işini yüngülləşdirsə Allah onu bağışlayar vənnəmdən uzaq tutar.

Odur ki, bu ayda bu söyləyim dörd xüsusa diqqət yetirin. Bunlardan ikisi iləbbinizi razı edərsiniz, digər ikisindən isə heç bir vaxt ayrı qala bilməzsiniz. Rəbbinizin razılığına səb olan xüsusiyyətlərdən biri, kəlimeyi-şəhadə davam etməniz, digəri də Allahdan bağışlama dilənizdir. İmtina edə bilməyiniz iki xüsusiyyətin biri Allahdan Cənnəti istək, digəri Cənnəmdən Allaha sığınmaqdır. Hər kim orucluya bir qurtum su versə, Allah da ona mənim məhşərdəki hovuzumdan elə bir su içirək ki, Cənnə girər bir daha susuzluq çəkmək. (Beyhəqi, Münziri)

Xülasə, Ramazan ziyafət, zərafət və bərəkət ayıdır. İbadət rəhmət və məğfirət, sağlamlıq, sükunət, əmin-amanlıq və kamillik ayıdır. Verilən nemətlərin qədrini bilib şükür etmək ayıdır. Savab toxumlarının əkildiyi aydır. Xülasə, Ramazan axirətini uman hər bir mömin üçün bərəkət mövsümüdür. Ramazanınız bərəkətli olsun!..

Rüfət ŞİRİNOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜKƏMMƏL BİR ORUC NECƏ OLUR?

Ramazan   ayı   dedikdə   ağla   gələn   ilk  ibadət təbii ki, orucdur. O oruc ki, bizi mənəvi olaraq yüksəldir. Nemətlərin qədrini bildirir....

Bağla