“Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirik”

0

Rəsmi Ankara Bakı-İrəvan sülh danışıqlarında irəliləyişi alqışlayır və sülh sazişinin tezliklə imzalanacağına ümid edir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsinin açılış mərasiminin iştirakçılarına müraciətində bildirib.

Müraciəti Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar oxuyub.

O, həmçinin deyib ki, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən enerji sahəsində əlaqələr güclüdür: “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihələri ölkələrarası əməkdaşlığın inkişafına ciddi töhfə verib. Türkmənistanın təbii qazının Azərbaycan vasitəsilə Türkiyəyə nəqlinə başlanması zaman məsələsidir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“QAFQAZ QARTALI – 2024” BİRGƏ TƏLİMİNİN AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB – VİDEO

Təsdiq olunan plana əsasən, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” birgə...

Bağla