BAKIDA AZƏRBAYCAN HALAL BİZNES VƏ TURİZM FORUMU KEÇİRİLİR

0

Bu gün Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu işə başlayıb.

“Report” xəbər verir ki, ilk dəfə keçirilən və sabah başa çatacaq tədbirin təşkilatçıları İqtisadiyyat Nazirliyi, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Turizm Agentliyidir.

Forumu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İslam Əməkdaşlıq Təşkilatı (OIC), Beynəlxalq İslam Biznesi Assosiasiyası, İslam Ticarət və İnkişaf Palatası (ICO), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC) dəstəkləyir. Tədbirdə 20-yə yaxın ölkədən rəsmi şəxslər, mütəxəssislər, akademik dairələrin və beynəlxalq təşkilatların nümayəndələri, iş adamları iştirak edir.

Tədbirin məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, müvafiq sahədə fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir.

Forum konfrans və sərgi olmaqla iki hissədən ibarətdir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞUŞADA İSLAM DÜNYASI İRS KOMİTƏSİNİN 12-Cİ İCLASI KEÇİRİLƏCƏK

Şuşa şəhərində oktyabrın 8-9-da İslam Dünyası İrs Komitəsinin 12-ci iclası keçiriləcək. Bu barədə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının...

Bağla