BAKIDA AZƏRBAYCAN-TÜRKİYƏ İNVESTİSİYA FORUMU KEÇİRİLİB

0

Ötən gün Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu işə başlayıb.

Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illik yubileylərinə həsr olunmuş tədbirin təşkilatçıları İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri” (TÜİB) İctimai Birliyidir.

Forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömer Bolat və Prezident Aparatının Maliyyə Ofisinin rəhbəri Göksel Aşan iştirak edib.

İki ölkə arasında iqtisadi əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyan tədbir həm də regional inkişafa mühüm töhfələr verməyi hədəfləyir. Forumda iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı strateji məsələlər, eyni zamanda, Azərbaycanla Türkiyə arasında güclü iqtisadi əlaqələr yaratmaq üçün atılacaq addımlar, potensial investisiya imkanları müzakirə olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SABAH AZƏRBAYCANA QIŞ FƏSLİ GƏLİR

Sabah Azərbaycana qış fəsli gəlir. Qış günəşduruşu dekabrın 22-si saat 07:27-də olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə...

Bağla