BAKIDA İƏT ƏMƏK NAZİRLƏRİ KONFRANSININ NAZİRLƏR SESSİYASI KEÇİRİLİR

0

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının Nazirlər Sessiyası keçirilir.

Tədbir “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, İƏT-in Baş katibi Hissein Brahim Taha, İƏT əmək nazirlərinin 4-cü konfransının sədri kimi Səudiyyə Ərəbistanının İnsan resursları və sosial inkişaf nazirinin müavini Adnan Abdulla Al Nuaimin çıxış edəcək.

Sonra konfransın sədri və büronun tərkibi seçiləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə gələn il keçiriləcək Zirvə Görüşünə hazırlığı müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə görüşüb....

Bağla