BAKIDA KÜLƏK ƏSƏCƏK, RAYONLARDA YAĞIŞ YAĞACAQ

0

Oktyabrın 5-də Bakıda hava şəraitinin yağmursuz keçəcəyi, rayonlarda bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

Oktyabrın 5-də Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Azərbaycan və Türkiyənin ədliyyə sahəsində əməkdaşlığı inkişaf etməkdədir”

Azərbaycan və Türkiyənin ədliyyə sahəsində əməkdaşlığı inkişaf etməkdədir. Bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Azərbaycana səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib....

Bağla