BAKIDA KÜLƏYİN SÜRƏTİ SANİYƏDƏ 21 METRƏ ÇATIB

0

Azərbaycanda hava şəraiti dekabrın 16-sı saat 9:00-a olan məlumata əsasən yağmursuz keçib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Cənub-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Qobustanda 16 m/s-dək güclənib. Bu da sarı xəbərdarlığa uyğundur.

Qeyd edilib ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Aran rayonlarında 4, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ICESCO və Azərbaycanın təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək

Mərakeşin Rabat şəhərində dekabrın 17-də “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən...

Bağla