BAKIDA “MƏNƏVİ DƏYƏRLƏRİN TƏBLİĞİNDƏ DİNİ TƏHSİL AMİLİ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

0

Noyabrın 20-də Mənəvi Dəyərlərin Təbliği Fondu Bakıda “Mənəvi dəyərlərin təbliğində dini təhsil amili” mövzusunda konfrans keçirib. Konfransda ilahiyyatçılar, filosoflar, sosioloqlar, tarixçilər, tələbələr və digərləri iştirak ediblər.

Bildirilir ki, konfransı açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, bir çox hallarda cəmiyyətdə müəyyən fərdlərin cahilliyini birbaşa din ilə bağlayırlar. Belə insanlar Avropada baş verən inkişafı məhz onların dindən uzaqlaşması ilə bağlayaraq yanlış düşüncə yaradırlar. Bu cür yanaşma düzgün deyil. Tarixdən də bəllidir ki, din alimləri bir çox elmi yeniliklərə töhfə veriblər. Din insanın mənəvi zənginliyidir.

Sonra Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov “Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər” mövzusunda çıxış edib. O qeyd edib ki, əsas məqsəd dini dərindən öyrənən, mahiyyətinə varan, eyni zamanda, dünyəvi elmlərdən anlayışlı ilahiyyatçılar yetişdirməkdir. İlahiyyatçı olmaq yalnız dini öyrənmək demək deyil. Bu gün rus, ingilis və digər dilləri bilib, dini həqiqətləri o dillərdə dünyaya çatdıracaq çoxlu ilahiyyatçılar var.

Həm dinini mənimsəyən, həm də onu müdafiə etməyi bacaran ilahiyyatçılar yetişdirməliyik. Dinin mahiyyəti düzgün çatdırılmalıdır.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev “Dini təhsilin mahiyyəti” mövzusunda danışıb. O deyib ki, bəzən insanlar məsələnin mahiyyətini anlamadan düşüncələrini bildirirlər. Din isə ilk baxışdan fikir bildiriləcək bir mövzu deyil. Onu araşdırmaq, anlamaq, daha sonra fikir bildirmək lazımdır. Azərbaycanda dinə göstərilən qayğı təqdirəlayiqdir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə İlahiyyat İnstitutu və digər dini qurumlar yaradılıb. Bu qurumlar Azərbaycanda dini təhsilə mühüm dəstək olacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov “Dini təhsildə dini ədəbiyyatın rolu”, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imamı Şahin Həsənli “Dini təhsilin keyfiyyət məsələsi”, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Asəf Qənbərov “Dünya təcrübəsində müxtəlif din təhsil modelləri” mövzularında çıxış ediblər.

Tədbir müzakirələrlə davam etdirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
CƏNNƏTLİKLƏR

Quran və sünnədə bildirildiyinə görə, peyğəmbərlərin dəvətinə tabe olub iman edən və əməlisaleh olan kəslər Cənnətə girəcəklər. Əsasən Allaha və...

Bağla