Paytaxt Bakıda sentyabr ayının 15-də Dövlət Sərhəd Qüvvələrinin canlı qüvvələri və Milli Ordumuzun şəxsi heyətinin iştirakı ilə möhtəşəm parad keçiriləcək.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi tədbirləri çərçivəsində baş tutacaq hərbi parad Bakının 1918-cı il sentyabrın 15-də bolşevik-daşnak silahlı birləşmələrinin əlindən azad edilməsinin 100 illiyi münasibətilə keçirilir.
Qeyd edək ki, sentyabrın 15-də parad iştirakçıları Azərbaycan və Türkiyə bayraqlarının öndərliyi ilə Bakının küçələrindən kəçəcəklər. Onların geyimləri də Azərbaycan və Osmanlı ordusunun 100 əvvələ aid hərbi geyimlərinə uyğunlaşdırılacaq.
Xəbər: Şirəli MƏMMƏDOV