BAKIDA VƏ BİR SIRA RAYONLARDA GÖRÜNÜŞ MƏSAFƏSİ MƏHDUDLAŞIB

0

Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov “Report”a bildirib ki, görünüş məsafəsi Bakı və Abşeron yarımadasında, Qobustan, Quba, Qusar, Zərdab, İmişli, Cəfərxan, Biləsuvar, Lənkəranda 500 metrədək məhdudlaşıb.

Xidmət rəisinin sözlərinə görə, dumanlı hava şəraitinin səbəbi nisbətən soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır:

“Duman ilin keçid dövrləri üçün xarakterik olan və sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Dumanlı hava şəraitinin bu gün gündüz saatlarınadək davam edəcəyi gözlənilir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ-AZƏRBAYCAN UNİVERSİTETİNİN QURULUŞ PROSESİ MÜZAKİRƏ OLUNUB

Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın Azərbaycana səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevlə Türkiyə-Azərbaycan Universitetinin quruluş...

Bağla