BAKIDA VƏ BÖLGƏLƏRDƏ 37 DƏRƏCƏ İSTİ OLACAQ

0

Avqustun 22-də Bakıda və bölgələrdə 37 dərəcə isti olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏLİ NAZİRDƏN XƏBƏRDARLIQ: DİQQƏTLİ, EHTİYATLI OLMAQ LAZIMDIR

Türkiyə meşə yanğınlarının əksəriyyəti insan faktoru, o cümlədən diqqətsizliklə bağlıdır. Bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı “24...

Bağla