BAKIDAN QƏTƏRƏ TƏKLİF: TÜRKİYƏ İLƏ BİZƏ QOŞUL

0

Bildirilir ki, noyabrın 28-də İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 34-cü sessiyasının nazirlər toplantısı çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qətər Dövlətinin iqtisadiyyat və kommersiya naziri Ali Bin Ahmed Al Kuşari ilə görüşüb. Görüşdə Azərbaycan-Qətər əlaqələri müzakirə olunub.

S.Mehdiyev Azərbaycanla Qətər arasında gömrük sahəsində əlaqələrin inkişafından, əməkdaşlığın gələcək perspektivlərindən danışıb.

Komitə sədri Qətərin iqtisadiyyat və kommersiya nazirini Azərbaycana dəvət edib.

Qətərli nazir isə ölkəsi ilə Azərbaycan arasında yaxın dostluq və qardaşlıq münasibətlərinin mövcudluğundan, iqtisadi münasibətlərin yüksələn xətlə inkişafından bəhs edib. Nazir, eyni zamanda, Qətər ilə Türkiyə arasındakı mövcud tranzit sazişinə Azərbaycanın da qoşulmasını təklif edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
XİN RƏHBƏRİ AMERİKALI DİN XADİMLƏRİNİ QƏBUL ETDİ

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın tanınmış din xadimləri ravvin Abraham Kuperı və yevangelist icmasının nümayəndəsi Conni Muru qəbul edib.

Bağla