İspaniya Barselona prokurorluğu “Vox” partiyasının “İslamlaşmağa yox” başlığı ilə başlatdığı kampaniyaya qarşı istintaq başladıb.
Yanvarın 27-də sosial şəbəkə platformlarında “Vox” partiyası “İslamlaşmağa yox” heşteqi ilə kampaniyaya başlamışdı.
Kampaniya Kataloniyada yaşayan müsəlmanların kəskin etirazı ilə qarşılanmışdı.
Kataloniya muxtariyyətində olan üç islami dərnək isə kampaniyanı başladan “Vox”u məhkəməyə vermişdi.
Barselona prokurorluğu bu kampaniya ilə nifrət cinayətinin işlənmə ehtimalına qarşı təhqiqat başlatdığını açıqlayıb.
Tvitter isə partiyanın rəsmi səhifəsində “İslamlaşmağa yox” heşteqi ilə olan paylaşımı blok etmişdi.
Qeyd edək ki, 3 ildir qurulan və ispan millətçiliyini prioritet kimi mənimsəyən “Vox” partiyası az vaxt ərzində dəstəyini çoxaldıb və fevralın 14-də keçirilən seçkidə 11 millət vəkili ilə Kataloniya parlamentinə girib.