“Türk dövlətləri arasında əməkdaşlıq daha da gücləndirilməlidir”.
Bunu Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuraliyev İstanbulda keçirilən “Böyük Türkiyə vizyonu” panelində çıxışı zamanı deyib.
O bildirib ki, bu, həm də dünyadakı mürəkkəb durumla bağlıdır.
Baş katibin sözlərinə görə, Türk dövlətləri arasında əməkdaşlığın güclənməsi terrorla mübarizəyə də töhfə verəcək.
K.Omuraliyev qeyd edib ki, TDT-nin region və dünyadakı rolu getdikcə artır:
“Səmərqənddə keçirilən iclaslarda mühüm qərarlar qəbul etmişdik. Biz 2040-cı ilə kimi əsas strategiyamızı müəyyənləşdirmişik”.
Report