BAŞ NAZİR HİCABLI MÜƏLLİMİN İŞDƏN ÇIXARILMASINI TƏNQİD EDİB

0

Kanadanın baş naziri Castin Trüdo bir müddət əvvəl Kvebek əyalətində hicablı müəllimin işdən çıxarılmasını tənqid edib.

Yerli CTV kanalına e-mail göndərərək açıqlama verən baş nazir, bu qərarın doğru olmadığını vurğulayıb.

“Kanadada heç kim geyimi və dini inancları səbəbindən işdən çıxarılmamalıdır. Lazım gəlsə bu problemi məhkəmədə həll etməyin yollarını bağlamamışıq.” – deyə Trüdo yazdığı e-maildə bildirib.

Kvebek əyalətinin baş naziri François Leqult isə, Xalq Məktəbləri Şurasının hicablıq müəllimi işə götürərkən səhv etdiyini deyib.

Xatırladaq ki, Kanadanın Kvebek əyalətində hicablı müəllimə əvvəl dərs keçdiyi sinifdən çıxarılmış, sonraisə hicabı səbəbindən işdən qovulmuşdu.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FRANSADA MÜSƏLMAN MƏZARLIĞI HÜCUMA MƏRUZ QALIB

Fransanın şimal şərqində yerləşən Müluz şəhərində müsəlmanlara aid məzarlıq hücuma məruz qalıb. Xəbərdə bildirilir ki, Müluz şəhər qəbristanlığının bir tərəfində...

Bağla