Bu gün cəmiyyətin təməlini təşkil edən ailə quruluşundakı əxlaqi təxribat çox böyük önəm təşkil edir.
Belə ki, mənəvi tərbiyənin əskikliyi və mediyanın mənfi təsirləri nəticəsində ailə fərdləri arasındakı könül bağları getdikcə zəifləyir. Hətta gənclər ilahi əmrə görə “of” belə deməyin qadağan olunduğu ana-ataya xidmət etməyi bir nemət deyil, çətinlik olaraq görür, ailə üzvlərinin azğınlığını, xüsusilə uşaqların yorucu nadincliklərini əridəcək fəzilət cövhəri olası anaların könülləri, bu böyüklüyü sərgiləmir. Mənəvi kamillikdən uzaq olan analar qızlarını gəlin köçürərkən:
– Qızım, əsla özünü əzdirmə! Yoldaşını ovucunun içində saxla! Həyatın dadını çıxar! Bu dünyaya bir də gələcəksən?! – tərzində özündən razılıq və eqoizmi çoxaldan yersiz cümlələrlə guya nəsihət edir. Beləliklə, qadın və kişinin bir-birini başa düşüb gözəl yaşamalarına bağlı olan ailə səadəti ilk gündən zədələnir. Nəticədə, sağlam cəmiyyətin özəyi olan ailələr dağılır, düzgün ailə tərbiyəsindən məhrum olan uşaqlar küçələrin insafına tərk edilir. Beləcə, cəmiyyət sanki bir səhra xəstəxanasına çevrilir.
Halbuki, əvvəlki nəsillərdə gənclər İslami ədəb və tərbiyə ilə böyüdükləri üçün incə, zərif, həssas, bağışlayan, gülərüz olmaq onların təbiəti idi. Bu xüsusillətləri ilə ana və övladlar ayədə ifadə edildiyi kimi “Göz nuru” olacaq xüsusiyyətlərlə bəzənmişdi (Əl-Furqan, 74). Beləliklə, təqvada, Allaha yaxınlıqda, islam şəxsiyyətini təmsildə gözəl bir nümunə olaraq, cəmiyyətin hüzur qaynağını təşkil edirdilər.
Yeni bir yuva qurmaq üçün evdən çıxan gənc qızların ailələrindən aldığı nəsihətlər:
– Gözəl övladım! Gəlinliklə girəcəyin yuvanı səadətlə doldurmalısan. Girdiyin bu qapıdan ağ və ləkəsiz bir kəfənlə son əbədi səfər üçün çıxmalısan. Böyüklərinə qarşı ehtiram göstər, hörmətsizlik etmə, beləcə sən də yüksələrsən, onların səadəti sənə də çatar. Xalı ol, üzərində qırx dənə ayaq dolaşsın ki, baş tacı olasan! Ağzından qan damlasa da, şərbət içmişəm deyərək evin içində baş verənləri heç kimlə paylaşma. – cümlələri ilə ümumiləşdirə biləcəyimiz məzmunda idi.
Həyat yoldaşları qayınana və qayınatanı ana-ata olaraq qəbul edər, gəlinlər baldızlarını, bəylər də qayınlarını bacı və qardaş olaraq görərdilər. Bu fani dünyada qurduqları ailələr də yaşadıqları təqva həyatı ilə cənnət hazırlığı halında olurdu. Çünki onların yeganə nümunəsi dünyadakı ən məsut ev olan Peyğəmbərimizim (s.ə.s.) yuvası idi.
O yuva dünyanın elə xoşbəxt və gözəllik dolu yuvası idi ki, günlərlə isti bir yemək bişməsə belə səadət qoxardı. Üstəlik o müqəddəs yuvada xanımların otaqları ancaq başları girə biləcək bir məkandan ibarət idi.
Ancaq o yuvanın ən ləzzətli ruzisi razılıq, səbir və təslimiyyət idi. Allah Rəsulunun (s.ə.s.) ailə həyatında tədbiq etdiyi tərbiyə üsulu onların qəlblərini sonsuz bir bağlılığ, hörmət və məhəbbətlə doldurmuşdu.
Bu bir həqiqətdir ki, heç bir qadın yoldaşını analarımızın Allah Rəsuluna (s.ə.s.) olan sevgiləri dərəcəsində sevə bilməz. Heç bir ər də xanımını Allah Rəsulunun (s.ə.s.) mübarək xanımlarına olan məhəbbəti qədər sevə bilməz. Heç bir övlad Həzrət Fatimənin atasını sevdiyi qədər sevə bilməz. Heç bir ata da övladını Allah Rəsulunun (s.ə.s.) Həzrət Fatiməni sevdiyi qədər sevə bilməz.
Xülasə, bir yuvanı dinclik və səadət içində davam etdirən yeganə xüsusiyyət qarşılıqlı sevgi, hörmət və məsuliyyət duyğusudur. Amma bunu da unutmamaq lazımdır ki, əcdadımız “yuvanı dişi quş düzəldər” demişdir. Bu baxımdan yuvaya sahib çıxmaqda qadın daha təsirli bir rolu üzərinə götürmüşdür. Dolayısıyla, qadının bu nöqtədə göstərəcəyi fərasət (sezmə qabiliyyəti və qavrayış), cəhd və fədakarlıq yoldaşınınkından daha əhəmiyyətlidir.
Bu nöqtədə bu gün analarımızın vəzifəsi övladlarını aşağıdakı hədisi-şərifin işiğında böyütməyə səy göstərməkdir:
Mömin başqaları ilə xoş keçinər və onunla xoş keçinərlər. Heç kimlə xoş rəftar etməyən və onunla xoş rəftar olunmayan birində xeyir yoxdur (Əhməd, II, 400, V, 335).
Çünki Rəbbimiz möminlərin bir-birini yuyan iki əl kimi olmalarını arzu etməkdədir. (Baxın: Süyuti, Camiul-Əhadis, no: 21028.) Bir-birini yuyan iki əldə məqsəd isə, bir-birinin maddi-mənəvi nöqsanlarını kompensasiya etmək, sevinc və ya kədəri paylaşmaq, düşmənçiliyi bərtərəf etmək üçün “mən haqlı idim, sən haqsız idin!” kimi sözlərin üzərinə bir şal ataraq qardaşlığı hər bir halda yaşada bilməkdir.
Budur İslamın bizə təlqin ettiyi və bizdən istədiyi yüksək əxlaq, bu hala sahib ola bilmək.
Göydən cövhərlər yağsa, daş yenə verməz çiçək
Torpaq ol ki torpaqda necə güllər bitəcək.
Nəcə xoşbəxtdir o şəxslər ki, mömin qardaşını hər vəziyyətdə mühafizə edib yaşada bilirlər.
Cənabı-Haqq könüllərimizi İslam feyz və ruhaniyyəti ilə zinətləndirsin. Hamımızı heç bir kölgənin olmayacağı qiyamət günü ərşi-əlanın altında kölgələnəcək din qardaşları zümrəsinə daxil etsin!
Amin!
Fatimə Zəhra