“Başda Azərbaycan olmaqla, zəlzələ vaxtı Türkiyəyə yardım göstərən ölkələri unutmadıq”

0

Başda can Azərbaycan olmaqla, 6 fevral zəlzələsindən sonra Türkiyəyə yardım göstərən qardaş ölkələri unutmadıq və unutmayacağıq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata bəyanatında bildirib.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlər daha da dərinləşir.

“Biz də lazım olduğu təqdirdə qardaşlarımızdan köməyi əsirgəməyəcəyik, qarşlılıq gözləmədən bütün imkanlarımızı səfərbər edəcəyik, yanlarında olacağıq. Dildə, fikirdə, işdə birlik deyən mərhum Qaspıralı İsmail bəyin xəyalını gerçəkləşdirmək üçün birlikdə çalışacağıq”, – Ərdoğan deyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan və Türkiyənin parlament sədrləri ikitərəfli əlaqələri müzakirə ediblər

İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova orada Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla...

Bağla