“BAYRAKTAR KALKAN DİHA” TƏQDİM EDİLDİ – VİDEO

0

“Bayraktar KALKAN DİHA” (Dikey İniş Kalkışlı İnsansız Hava Aracı – Şaquli Eniş və Kalkış Pilotsuz Uçuş Aparatı) 40-cı uçuşunda həyata keçirdiyi sistem identifikasiya testlərini uğurla tamamladı.

Bu barədə “Baykar”ın İdarə Heyətinin sədri Səlcuq Bayraktar sosial media hesabında maraqlı görüntülər paylaşıb.

DİHA HAQQINDA

4 elektrik mühərriki və 1 az sərfiyyatlı benzin mühərriki ilə işləyən Bayraktar KALKAN DİHA, elektrik mühərrikləri ilə şaquli olaraq qalxır və daha sonra yalnız benzin mühərriki ilə seyr edərək kruiz uçuş rejiminə keçir.

Bu mühərriklərlə 14.500 futdan çox yüksəkliyə çata bilən Bayraktar KALKAN DİHA, 7 saatdan çox missiya uçuşları həyata keçirə bilir.

Şaquli qalxma və eniş qabiliyyətinə malik milli DİHA, uçuş-enmə zolağına ehtiyac duymadan baza bölgələrində və üzən platformalarda asanlıqla missiya uçuşları həyata keçirə bilir.

Avtomatik marşrut izləmə, hədəf izləmə, dövrə vurma və evə qayıtma rejimlərini yerinə yetirə bilən Bayraktar KALKAN DİHA, uçuş testini Baykar tərəfindən tamamilə milli və yerli olaraq hazırlanmış Baykar BG-160 kamerası ilə həyata keçirdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Səfərə çıxan sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq

Hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağışlı hava şəraiti hökm sürür ki, bu da yollarda qəza riskinin artmasına əhəmiyyətli dərəcədə...

Bağla