“Bayraktar” PUA-larının istehsalçısı Azərbaycanda fəaliyyətə başlayır

0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Bayraktar Teknoloji Azərbaycan” MMC-ni dövlət qeydiyyatına alıb.

Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, nizamnamə kapitalı 1,7 milyon manat, qanuni təmsilçisi isə Türkiyənin “Baykar Makina” şirkətinin sahə koordinatoru Hüseyn Topuzdur.

Xatırladaq ki, “Baykar Makina” “Bayraktar” pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə məşğuldur. Azərbaycan ordusunun 2020-ci ildəki Vətən Müharibəsində geniş tətbiq etdiyi bu PUA-ların yaradıcısı Selçuk Bayraktardır. O, həm də “Baykar Savunma” şirkətinin texniki direktorudur.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“30 ildə beynəlxalq təşkilatların Qarabağ məsələsinin həlli ilə bağlı səsini eşitmədik”

"Azərbaycan-Ermənistan məsələsində həmişə olduğu kimi, obyektiv və bitərəf izahatlar olmur. Ancaq beynəlxalq təşkilatların təxminən 30 il davam edən Qarabağ məsələsinin...

Bağla