Belçikada radikal irqçi fikirlərə sahib hərbçi bəzi silahlar oğurlayaraq hərbi hissədən qaçıb. 46 yaşlı hərbçi Koninqsin tapılmağı və ələ keçirilməyi üçün ölkədə əməliyyat başladılıb. Tank əleyhinə minaatan, iri çaplı silah və hərbi sursat oğurlayan şəxsin törədə biləcəyi terror ehtimalına qarşı Limburq şəhəri ətrafında bəzi məscidlər müvəqqəti bağlanıb.
Koninqsin, Belçikada koronovirusla mübarizə aparan virusoloq Mark Van Ranst və ailəsinə təhdid mesajları da göndərdiyi müəyyən edilib.
Qaçırdığı avtomobili tərk edilmiş halda tapılan fərari hərbçinin 12 min hektarlıq meşə ilə piyada qaçdığı güman edilir.
Belçika polisi fərari hərbçinin hücum ehtimalına qarşı açıq məscidlərə ibadət vaxtı qapını içəridən bağlamağı məsləhət görüb.