BELÇİKADA İSLAMOFOBİYA ƏLEYHİNƏ AKSİYA

0

Belçika müsəlmanlarının İcraiyyə Şurası və Belçika Müsəlman Təşkilatlarını Əlaqələndirmə Şurası cümə günü Yeni Zelandiyanın Kraystçörç şəhərindəki məscidə hücumu qətiyyətlə pisləyən bəyanatlar qəbul ediblər.

Hər iki təşkilat hakimiyyət orqanları tərəfindən Avropada islamofobiyanın cilovlanması üçün yetərli tədbirlər görülmədiyini və bunun nəticəsində müsəlmanlara nifrətin illər boyu artmasını pisləyib.

Bu təşkilatların fikrincə, avropalı qanunvericilər antisemitizm və irqçilik barəsində olduğu kimi, islamofobiyanın da cinayətə bərabər tutulması üçün addımlar atmalıdırlar. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AVROPADA MƏSCİDLƏRİN MÜHAFİZƏSİ GÜCLƏNDİRİLİR

Fransa və Böyük Britaniya hökumətləri Yeni Zelandiyada məscidə silahlı hücumundan sonra dini obyektlərin mühafizəsini gücləndirib. Bildirilir ki, hazırda bu ölkələrdə...

Bağla