BEYNƏLXALQ QHT-LƏR MÜSƏLMANLARA QARŞI AYRI-SEÇKİLİK EDƏN FRANSADAN ŞİKAYƏTÇİ OLDU

0

Beynəlxalq qeyri hökumə təşkilatları müsəlmanlara qarşı ayrı-seçkilik edən və islamafobiyanı yayan Fransadan BMT-yə şikayət edib.

13 ölkədən olan 36-dan çox QHT, fransanın İslam Peyğəmbərinin (ﷺ) təhqir edildiyi karikaturaların yayılmasına verdiyi dəstəyi və mübahisəli “ayrı-seçkiliklə mübarizə” qanun layihəsini BMT-nin plenar iclasında müzakirəyə çıxarıb.  

Sənəddə imzası olan təşkilatlardan biri CAGE öz açıqlamasında bildirib ki, Fransa bu addımı ilə islamafobiyanı körükləyir, müsəlmanlara qarşı ayrı-seçkiliyi çoxaldır.

BMT-də müzakirəyə çıxarılan sənəddə Fransanın bu cür siyasətə son verməsi tələb olunub.

Sənəddə həmçinin bu cür siyasətə məruz qalan şəxslərin şahidliyinə yer verilib, bu addımların müsəlmanların ləyaqətinə zərbə vurduğu və əsas hüquqlarının pozulduğu vurğulanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ MN AZƏRBAYCAN HƏRBÇİLƏRİNİN DƏ İŞTİRAK ETDİYİ TƏLİMLƏR BARƏDƏ MƏLUMAT YAYIB

“Qış təlimi-2021”ə hazırlığımız davam edir. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, təlimdə iştirak edəcək zirehli nəqliyyat vasitələri,...

Bağla