31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Bibiheybət Məscid-ziyarətgah Kompleksində şəhid ailələrinin üzvləri və qazilərin iştirakı ilə ənənəvi görüş keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, tədbirdə Bibiheybət Məscid-ziyarətgah Kompleksi dini icmasının rəhbəri, Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü Rahib Babayev və digərləri iştirak edib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsi və daha sonra lokal antiterror tədbirləri nəticəsində torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü bərpa edib.
Bildirilib ki, bu gün şəhid ailələri, qazilə ölkə başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə edilib. Onlara dəstək üçün lazımi tədbirlər görülür.
Tədbirdə çıxış edən rəsmilər, şəhid ailələri üzvləri, müharibə vereranları göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər, qarşıdan gələn bayramlar münasibətilə hamını təbrik ediblər.