“Qarabağ 30 il işğal altında qaldı. BMT-nin nəsə edəcəyini gözlədik. Amma nə BMT, nə ATƏT-in keçmiş Minsk qrupu heç nə etmədi”.
Bunu Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Erzincan Bineli Yıldırım Universitetinin yeni tədris ilinin açılışında çıxışı zamanı deyib.
O bildirib ki, nəhayət, Azərbaycan özü öz işini görməyi qərara aldı: “Türkiyə və Azərbaycan çiyin-çiyinə verdi. Nəticədə 30 ildə həllini tapmayan problem 44 gündə həll olundu”.